“Aparılan siyasətin təməlində insan amili, vətəndaşların sağlamlığı dayanır”

Prezident İlham Əliyevin pandemiya dönəmində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü təşkil etməsi ölkə ictimaiyyəti tərəfindən  müsbət addım kimi dəyərləndirilir. 
  Bu mühüm tədbirin nəticələrini şərh edən millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü əsasında videokonfrans formatında baş tutan Zirvə görüşü ciddi əhəmiyyətə malikdir:

“Türk Dövlətlərininin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu görüş əvvəlki görüşlərdən fərqli idi. Bu fərq həm görüşün onlayn şəkildə keçirilməsi, həm də bugünkü dünyanın gündəmində duran koronavirus pandemiyasının müzakirəsi ilə bağlı idi”.  
Deputatın fikrincə, Zirvə görüşündə Prezident İlham Əliyevin toxunduğu məsələlər və Azərbaycanın koronvirusa qarşı mübarizə təcrübəsini türk dövlətləri üçün də bir nümunə kimi təqdim etmək etmək olar: “ Türk Dövlətlərininin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü çox əhəmiyyətli olmaqla yanaşı, ölkələr arasında əlaqələrin daha da sıxlaşmasına, daha da möhkəmlənməsinə xidmət edəcək”.



A. Badamov hesab edir ki, ölkə başçısının   apardığı siyasətin təməlində insan amili, vətəndaşların  sağlamlığı dayanır:

“Ölkəmizdə müəyyən məhdudiyyətlər tətbiq olunur. Xüsusi karantin rejimi elan edilir. Operativ Qərargah gündəlik məlumatları təqdim edir. Biznes sahəsinə, muzdla işləyən və işləməyənlərə dövlət dəstəyi göstərilir. Bütün bunlar Azərbaycanın sosial dövlət olduğunu göstərir. Aparılan siyasətin təməlində vətəndaşlarımızın dayandığını deməyə əsas verir. Bu siyasət ölkə vətəndaşları ilə yanaşı beynəlxalq aləm tərəfindən də yüksək səviyyədə qarşılanır”.