Məqsəd birdir: “Vətəndaşların sağlamlığı qorunsun !“

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video-konfrans zamanı  çıxışında koronavirus pandemiyasının doğurduğu bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı bildirib:

“İndiki şəraitdə insan sağlamlığı ən prioritet məsələdir. Heç nəyi, o cümlədən iqtisadi gəliri də insan sağlamlığından üstün tutmaq olmaz”. 

Qeyd edək ki, Prezidentin ünvanına yazılan təşəkkür məktubları da göstərir ki, hər kəs dövlətimizin məqsədyönlü siyasətindən razıdır.

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan seçimini ilk günlərdən etmişdi: 
"Pandemiya dövrü başlayanda bir çox ölkələr kimi, Azərbaycan da seçim arasında qalmışdı. Ya insanların sağlamlığı, ya da iqtisadiyyatın inkişafı seçilməli idi. Hər ölkə bir modeldən istifadə etdi. Ölkəmizin seçdiyi modeldə isə ən vacib məsələ insan sağlamlığı idi. Atılan bütün addımların, o cümlədən karantin qaydalarının bircə məqsədi var. Görülən bütün tədbirlər vətəndaş sağlamlığının qorunmasına xidmət edir".