Qazidən Ali Baş Komandana: “Prezident, general və səngərdə məğrur dayanan əsgər..." 

Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
"Sherg.az" Prezidentin saytına istinadla  Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün Nazim Paşayevin məktubun təqdim edir.

Məktbuda vurğulanır:

"Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident!

Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram".