Münhen debatı və ya Ermənistana tarixi- əxlaqi dərs... - AKTUAL

“Debat nəticəsində Qarabağ həqiqətləri geniş auditoriyaya çatdırıldı. Kimin kim olduğu bir daha bilindi"



Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən videokonfrans bir çox cəhətdən əhəmiyyətli idi. Dövlət başçısının toxunduğu məsələlər sırasında Münhen Təhlükəsizlik Konfransı xüsusi vurğulanıb. Ölkə başçısı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: 

"Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır". 



 Prezidentin bu çıxışı ilə bağlı "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov Münhen Təhlükəsizlik Konfransının hansı tarixi əhəmiyyətə malik olduğunu söyləyib: 

"Həmin videokonfransda cənab Prezident Azərbaycanın perspektivləri, planları və prioritetləri ilə bağlı bir çox məqamlar haqqında danışdı. Əlbəttə, Münhen Təhlükəsizlik Konfransı xüsusi vurğulandı. Çünki o, tarixi konfrans idi. Debat nəticəsində Qarabağ həqiqətləri geniş auditoriyaya çatdırıldı. Ermənistan tərəfi baş nazir  Paşinyanın timsalında yaxşı bir tarixi- əxlaqi dərs aldı. Kimin kim olduğu bir daha bilindi".