"Gedişat onu göstərir ki, Azərbaycanda da yay tətili ləğv olunacaq" - Keçmiş təhsil naziri


Türkiyə Böyük Millət Məclisi (TBMM) koronavirus səbəbindən təxirə salınan dərslərlə bağlı qərar qəbul edib.

Ölkədə məktəb və universitetlərdə yay aylarında tədris davam etdiriləcək. Həmçinin müəllimlərin 2 aylıq yay tətili də qısaldılacaq.

Bəs Azərbaycanda buraxılan dərslər necə kompensasiya ediləcək?

Mövzu ilə bağlı "Sherg.az"ın sualını cavablandıran  keçmiş təhsil naziri Firudin Cəlilov analoji təcrübənin bizdə də tətbiqi ediləcəyinin mümkünlüyünü deyib:

"Gedişat onu göstərir ki, Azərbaycanda da yay tətili ləğv olunacaq. İki aylıq müddət buraxılan dərslərin kompensasiya edilməsi baxımından kifayətdir. Çünki dərslər distant formada davam edir. Amma ciddi problem olacaq. Müəllim, şagird və tələbələrin isti yay aylarında dərsə getmələri çətinlik yaradacaq. Bu, həm fiziki, həm də psixoloji baxımdan asan olmaycaq".