“Cənab Prezident, “Biz birlikdə güclüyük!” çağırışınız devizə çevrilib” – Gənclər liderinə güvənir

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Bərdə rayon sakini Yusif Vahidi qeyd edir: 

“Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.