Deputatdan DƏSTƏK gəldi: “Bəzi vətəndaşların topaqları istifadəsizdir”

“Dövlətin işsiz kimi qeydiyyatı keçən yüz minlərlə insanın hər biri aylıq birdəfəlik 190 manat müavinət alır. Ancaq bəzi vətəndaşlarımız adına torpaq sahəsi olduğuna görə onlar bu proqramdan istifadə edə bilmir”. 
“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Aydın Mirzəzadə deyib. 
Deputat adına torpaq sahəsi olanların işsiz kimi birdəfəlik yardım ala bilməməsindən danışıb: 

“Hər bir torpaq sahəsi olan sahibkar ola bilmir və bəzi vətəndaşlarımızın topaqları istifadəsizdir. Təklif edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələni nəzarətə götürsün. Kənd Təsərrüfatı Nazirliyinin hər rayonda idarəsi var. Qoy onlar hansı torpaq sahələrinin istifadə edilib-edilməməyi ilə bağlı araşdırma aparsınlar. Narahat olmaq lazım deyil ki, kimsə saxtakarlıq edəcək. Azərbaycanda Dövlət Təhülkəsizlik Xidməti yaxşı işləyir. Kim dövləti aldatmaq istəyəcəksə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.