Ev almaq istəyənlərə ŞAD XƏBƏR : “Mənzillər ucuzlaşacaq”

“Ölkə gəlirlərinə ciddi ziyan dəyməsini nəzərə alsaq, daşınmaz əmlakların qiymətinin bahalaşması ağlabatan deyil"


Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına da ağır təsir göstərib. Bununla əlaqədar qiymətlərdə kəskin dəyişmələr hiss olunur. Azərbaycanda bəzi ərzaq məhsullarının qiyməti bahalaşsa da, bu tendensiya mənzil bazarında müşahidə edilmir.



Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı "Sherg.az"a açıqlamasında deyib ki, mənzillərin də qiyməti bahalaşmayacaq: 

"Adətən belə hallar mənzil bazarına təxminən bir- iki ay sonra təsir göstərir. Ancaq qiymətlərin bahalaşmasını gözləmirəm. Əksinə, ucuzlaşacaq. Buna təsir edən əsas məqam isə tələbin aşağı düşməsi olacaq. Eyni zamanda, ölkə gəlirlərinə ciddi ziyan dəyməsini də nəzərə alsaq, daşınmaz əmlakların qiymətinin bahalaşması ağlabatan deyil".