Cəbhə bölgəsinin sakini: Prezident xalqa, xalq da Prezidentə dəstəkdir

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Tərtər sakini Sosella Bayramova məktubunda diqqətə çatdırır:

Cənab Prezidentimiz, son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.
Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun”.