Tələbədən ölkə başçısına: “Azərbaycanımızı Sizinlə bərabər işıqlı günlər gözləyir”


Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.


Cəlilabaddan Xəzər Abbaszadə minnətdarlığını belə izhar edir:

"Möhtərəm cənab Prezident, Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin bariz nümunəsidir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm.
Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.
Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük”.