ABŞ Çini çökdürəcək: Koronovirus dünyada əsəbləri  gərginləşdirib


 ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, gələcəkdə koronavirus pandemiyasına görə günahkarı tapmağa ehtiyac olacaq. Pompeo Çinin xəstəlik barədə vaxtında lazımi məlumatlar təqdim etmədiyini söyləyib:

“Təəssüf edirik ki, bu virus, epidemiya barədə kifayət qədər sürətli informasiya əldə etmək mümkün olmadı. Çin hakimiyyəti, Çin Kommunist Partiyası bu informasiyanı zamanında təqdim etmədi”. Jurnalistin “Çin dünyanın itkilərinə görə məsuliyyət daşımalıdırmı” sualına Pompeo günahkarın tapılması haqqında debatların hələ qarşıda olduğunu deyib: “Bizə qlobal debatlar lazımdır. Bu virusun necə başladığını anlamaq çox vacibdir. Zamanı gələndə günahkarlar məsuliyyətə cəlb ediləcək. Mən əminəm ki, bu, baş verəcək. Hazırda cari işə diqqəti yönəltmək, yenidən Amerika, daha sonra dünya iqtisadiyyatını işə salmaq lazımdır. İttihamlar üçün isə zaman yetişəcək”. 

Dövlət katibinin bəyanatını “Sherg.az” şərh edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, koronovirus pandemiyası davam etdikcə dünyada əsəblər daha gərginləşir. 

Politoloqun sözlərinə görə, “Covid 19”un sürətlə yayılması bu virusun yaranma səbəbini, mənşəyi və ortaya çıxdığı şəraitin araşdırılmasını bir qədər arxa plana keçirib: 

“Lakin Pompeonun məlum bəyanatından sonra məsələnin ciddi araşdırılacağı gözlənilir. Böyük ehtimalla kommunist Çin və dolayısı ilə Rusiya müəyyən sanksiyalara məruz qalacaq. Məhz bu iki ölkə virusun yayılmasının masştabını gizlətdiyi üçün ittiham edilir. ABŞ-ın əsas məqsədi Çini çökdürməkdir. Rusiya bu məslədə Çinin tərəfini saxlamağa cəhd edərsə, Moskva da sanksiyalara məruz qalacaq. Pandemiyadan ən çox zərər görən Avropa da böyük məmnuniyyətlə bu prosesə qoşulacaq. İlk növbədə isə Çindən kompensasiya tələb olunması gözlənilir. Bu rəqəm isə bir neçə trilyon dollar ola bilər”.