Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı


Ana olmağa hazırlaşan amerikalı məşhur aktrisa Xloe Sevinya sosial şəbəkədə hamiləlik fotosunu paylaşıb.

Axşam.az bildirir ki, çəhrayı rəngdə transparan libasda olan 45 yaşlı aktrisa aksessuar kimi çiçək şəklində olan sırğalardan istifadə edib.

Qeyd edək ki, Xloe Nyu-Yorkdakı Karma Art qalereyasının direktoru Sinişi Makoviçdən hamilədir. Cütlük bir ildən çoxdur ki, münasibətdədir.