“Azərbaycan hər zaman öz standartını yaradıb” – Müsahibə


“Bütün bunlar ölkə başçısının milli bəşəri və mütərəqqi siyasətinin nəticəsidir”

“Azərbaycan vətəndaşı birmənalı şəkildə ölkə prezidentinə tam inamını ortaya qoyur”

“Ölkəmiz istənilən situasiyada həm milli, həm də bəşəri bir dövlət olduğunu göstərir və öz dəst-xəttini yaratmağı bacarır”




Koronavirusla əlaqədar ölkəmizdə lazımi tədbirlər görülməkdədir. Bütün dünyanın bu pandemiya ilə savaşdığı bir zamanda ölkə başçılarının fəaliyyəti xüsusi önəm kəsb edir. Cənab Prezidentin koronavirusla mübarizədə yürütdüyü siyasətin əsas məqsədi vətəndaşlarımızın sağlamlığıdır. Məhz bunun üçün müvafiq tədbirlər görülməkdədir.

Koronavirusla Mübarizə Fondunun yaradılması, karantin müddətində aztəminatlı ailələrə müəyyən yardımların edilməsi, 2 aylıq müddətində 190 manat vəsaitin ayrılması hər kəsə məlumdur. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkür məktubları ünvanlayırlar. Bütün bunlar Prezident İlham Əliyev öz vətəndaşına verdiyi dəyərin göstəricisidir.

Prezidentin son aylardakı fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, ölkə başçısının pandemiya ilə əlaqədar gördüyü işlər onun mütərəqqi siyasətinin nəticəsidir:

“Son zamanlar Azərbaycan ictimaiyyəti dünya xalqları kimi həssas dövrünü yaşayır. Ölkə başçısının fəaliyyəti hər zaman diqqət mərkəzindədir. Cənab Prezidentin koronavirusla bağlı mübarizə aparmasında ilk gündən qəbul etdiyi qətiyyətli qərarlar, həyata keçirdiyi tədbirlər, verdiyi fərman və sərəncamlar hər kəsə məlumdur. Ölkə başçısı öz səmimiyyəti ilə hər zaman vətəndaşının yanındadır. Bütün bunları şərh etməyə ehtiyac yoxdur. Çünki görülən işlərin hamısı göz qabağındadır. 

- Karantin rejimi ilə əlaqədar aztəminatlı əhalinin sosial müdafiəsi gücləndirildi. Bunun üçün müvafiq maliyyə yardımı da ayrıldı... 

-Bu gün Sosial Tədqiqat Mərkəzi rəy sorğusu keçirir, vətəndaşların bütün məsələlərə rəyi öyrənilir. Həmin rəylərdən görürük ki, Azərbaycan vətəndaşı birmənalı şəkildə ölkə prezidentinə tam inamını ortaya qoyur. Prezident İlham Əliyev istənilən halda onu dəstəkləyən və ona rəğbəti olan millətin ağır və çətin məqamlarda yanındadır. Bu bir fakt, ictimai fikir və rəydir. Rəy sorğusunda 94.7 faiz əhali ölkə başçısını və Birinci Vitse-Prezident Mehriban xanımı, onların apardığı milli, bəşəri, mütərəqqi siyasəti dəstəkləyir. Bu gün epidemiyaya qarşı mübarizədə xalqla bir olaraq hər bir vətəndaşın dəstəklənməsi, sosial paketlərin tətbiq olunması, 3 milyarda qədər vəsaitin ayrılması heç bir vətəndaşın diqqətdən kənarda qalmaması deməkdir. 

- Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizin koronavirusla mübarizə tədbirlərinə münasibətini necə dəyərləndirirsiz?

-Dünya miqyasında ÜST-ün rəhbəri Prezidentimizin koronavirusa qarşı mübarizəsini, qətiyyətli addımlarını yüksək qiymətləndirir. Bütün bunlar ölkə başçısının milli bəşəri və mütərəqqi siyasətinin nəticəsidir. Beynəlxalq təşkilatlar ölkəmizin gördüyü işləri qənaətbəxş hesab edirsə, bütün bunlar dövlət siyasətinin düzgün qurulmasını bir daha sübuta yetirir.

- Ölkəmizin pandemiya ilə mübarizə zamanı gördüyü işlər digər dövlətərə misal olaraq çəkilir. Hətta buna aid müəyyən videomateriallar da var...

-Azərbaycan artıq 30 ildir ki, müstəqil bir dövlətdir. Əlbəttə bu, böyük bir tarix deyil. Amma qısa müddət ərzində ölkəmiz Avropa və İslam Həmrəyliyi oyunlarında, digər beynəlxalq tədbirlərin əksəriyyətində öz brendini yaratmaqla çevik hərəkət edib. Cənab Prezidentin rəhbərliyi ilə “ASAN Xidmət” yaradıldı və Azərbaycan brendi olaraq dünyaya çatdırıldı. Bu o deməkdir ki, ölkəmiz istənilən situasiyada həm milli, həm də bəşəri bir dövlət olduğunu göstərir və öz dəst-xəttini yaratmağı bacarır. Cənab prezidentin düşüncəsindən, onun idarəetmə sistemindən irəli gələrək bu gün beynəlxalq aləmdə koronavirusla mübarizə nöqteyi nəzərdən Azərbaycan öz sistemini brend kimi ortaya qoydu. Prezident bir daha sübut elədi ki, 10 milyonluq xalq olmağımıza baxmayaraq strateji əhəmiyyətimizə görə böyük dövlətik. İstər sosial, istər regional, istərsə də dünya təhülkəsizliyi məsələlərində Azərbaycan hər zaman öz standartını yaradıb. Həmin standartlar bir müddətdən sonra dünya tərəfindən  vəsf olunmağa başlayıb. Bu, çox sevindirici haldır. Bir vətəndaş olaraq qürur hissi keçirirəm ki, Azərbaycan bütün məsələlərdə öz sözünü deyə bilir. Biz bu xətti gücləndirməli, daha da inkişaf etdirməliyik. Ölkə başçısının dediyi kimi “Qısa müddət ərzində Azərbaycan güclü və qüdrətli dövlətə çevrilməlidir. Biz birlikdə güclüyük” ”.