“Xalq-iqtidar vəhdəti özünü açıq şəkildə ortaya qoydu” 

“Prezidentə ünvanlanan çoxsaylı təşəkkür məktubları da göstərir ki, xalqımız cənab Prezidentin yürütdüyü siyasətdən çox razıdır” 




“Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən siyasət, atılan addımlar bir daha sübut etdi ki, dövlət başçısı daima vətəndaşların yanındadır”.

Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.

Gənc fəal bildirib ki, sadəcə 2 ay ərzində atılan çoxsaylı addımlar, verilən mühüm qərarlar dövlətin əhaliyə qayğısının bariz nümunəsidir: 



“Koronavirus pandemiyası yayılan gündən etibarən cənab Prezidentin uğurlu siyasətini müşahidə edirik. Ölkəmizdə görülən bütün işlər və tədbirlər birbaşa ölkə rəhbərinin təlimatı və nəzarəti altında reallaşdırılır. Buna görə də bütün sosial tədbirlərin müsbət nəticəsi qısa zamanda özünü göstərir. İşsiz insanlara iki aylıq verilən 190 manatlıq müavinətin 200 min insana deyil, 600 min nəfərə verilməsi qərarı da sübut edir ki, dövlət başçısı hər şeydən öncə öz xalqının rifahını düşünür. Prezident əhalinin sosial təminatı istiqamətində bütün addımlarını bir an olsun tərəddüd etmədən atır. Bu çətin gündə xalq-iqtidar vəhdəti özünü açıq şəkildə ortaya qoydu. Məhz cənab Prezidentin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycanda koronavirusa yoluxanların sayı digər ölkələrdən, hətta yaxın qonşularımızdan belə qat-qat aşağıdır. Dövlət başçısına ünvanlanan çoxsaylı təşəkkür məktubları da göstərir ki, xalqımız cənab Prezidentin yürütdüyü siyasətdən və pandemiya ilə bağlı atılan addımlardan çox razıdır”.