“Ölkə başçısı daim xalqın yanındadır”

“Prezidentin başçılığı altında görülən işlər koronavirusa qalib gəlməyimizə gətirib çıxardı”



“Pandemiya hər ölkəyə müxtəlif cür təsir göstərir. Amerika, İtaliya, Fransa, İspaniya və s. kimi inkişaf etmiş ölkələr bu virusdan kəskin əziyyət çəkirlər”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi ekspert, gənc fəal Bəhlul Əsədov deyib. 
Siyasi şərhçi bildirib ki, dünyanın əksər ölkəsində ölüm və yoluxma sayları durmadan artır: 




“Ölkəmizdə də bu xəstəlikdən əziyyət cəkən xəstələrimiz var. Amma Azərbaycan dövləti vəziyyətə nəzarəti tez zamanda ələ aldı. Bizdə durum digər ölkələrdəki kimi ciddiləşmədi. Elə ilk anlardan cənab Prezidentimiz İlham Əliyevin göstərişləri əsasında karantin rejiminin elan olunması, sərhədlərin bağlanması, xarici ölkələrdə köməksiz qalan vətəndaşlarımız üçün xüsusi təyyarələrin ayrılması və s. önləmlərin alınması müsbət nəticələr verdi. Görülən işlər tez zamanda bəhrəsini verməyə başladı. Cənab Prezidentimizin vətəndaşlar üçün büdcədən vəsait ayırması, o cümlədən özəl sektorlara və şirkətlərə edilən yardımlar bir daha sübut etdi ki, ölkə başçısı daim xalqının yanındadır. Digər ölkələrdən fərqli olaraq cənab İlham Əliyevin başçılığı altında görülən işlər, atılan addımlar qısa müddət ərzində bu virusa qalib gəlməyimizə gətirib çıxardı. Vətəndaşların ölkə başçısına göndərdikləri təşəkkür məktubları xalqımızın öz Prezidentindən nə qədər razı olduğunu və ona güvəndiklərini bildirir”.