“Bütün addımlar vətəndaşların rifahının qorunmasına xidmət edir”


 “Dünyanın bir çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Azərbaycan da “Covid-19” pandemiyasının fəsadları bütün sahələrdə yaratdığı böhranı hiss etdirməkdədir”.

Bunu “Sherg.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib.

VHP təmsilçisi vurğulayıb ki, dövlətimizin atdığı bir çox addımlar yaranmış vəziyyətdən ən çox əziyyət çəkən vətəndaşların rifahının qorunmasına xidmət edir: 

“Yaranmış vəziyyət dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi zəruri etdi. İşsizlərlə bağlı problemlərin aradan qaldırılması, müvəqqəti də olsa işini itirənlərə yardım edilməsi, dövlət sektorunda çalışan insanların əmək haqqlarının saxlanması əhalinin sosial rifahının qorunmasına böyük dəstək oldu. Eyni zamanda 300 minə yaxın kiçik sahibkarların maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlətin maliyyə vəsaiti ayırması da atılan müsbət addımlardan hesab edilməlidir. Paralel olaraq, imkanlı şəxslərin, bəzi millət vəkillərinin ehtiyacı olan ailələrə maddi-mənəvi dəstəyini və yardımını da xüsusilə qeyd etmək yerinə düşərdi”.