Prezidentə “Əhsən!” dedilər: “Müdrik siyasətinizlə dünya nəhənglərini də mat qoydunuz”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Astara Rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev ölkə başçısına yazır: 

"Möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığınız addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzun bariz nümunəsidir.
Bütün dünyanı cənginə almış pandemiya zamanında uzaqgörən siyasətinizlə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xalqımızın bu bəladan xilas olması yolunu müəyyənləşdirdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbərliyə alınması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənizin təsdiqidir.
Xüsusilə Sizin Sərəncamınızla imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Sizin onları düşündüyünüzün ən gözəl nümunəsidir.
Möhtərəm cənab Prezident, Sizi bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədəuyğun tədbirləri alqışlayır, Sizə “Əhsən!” deyir. Bir sözlə, uzaqgörən, müdrik, çevik siyasətinizlə Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoydunuz. Eşq olsun Sizə!”