Həvva Məmmədova: "Heç bir Azərbaycan vətəndaşı bu günləri unutmamalıdır"

"Qısa müddətdə günəmuzd işləyənlərin də sayı araşdırıldı və yardımlar edildi"

“Pandemiya ilə bağlı dünyada gedən prosesləri ölkəmizlə müqayisə edəndə cənab Prezidentin gördüyü işlər, xalqımızın qayğısına qalması hər kəsin diqqətindədir. Ölkə başçısı bu ağır günlərdə daim vətəndaşlarının yanında oldu”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında sabiq millət vəkili Həvva Məmmədova deyib.

Onun sözlərinə görə, xəstə vətəndaşlara yardımların göstərilməsi, yeni və müsair xəstəxanaların açılması o deməkdir ki, ölkə başçısı hər saniyəsini millətinə sərf edir:

“Müəyyən zaman keçdikdən sonra bütün bunların hamısı tarixdə qalacaq.  Qısa müddətdə işləməyən insanların hesabatı aparıldı və onlara yardımlar edildi. Dərmanların alınması, müasir avadanlıqların ölkəmizə gətirilməsi, həkimlərin xəstəxanalara səfərbər edilməsi və onların maaşlarının qaldırılmasına xüsusi diqqət yetirildi. Bütün bunlara görə cənab Prezidentə təşəkkür edirəm. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının gördüyü işləri qiymətləndirməlidir. İnsanlar başa düşməlidir ki, “evdə qal” çağırışları hər bir vətəndaşın sağlamlığı üçündür. Qısa müddətdə günəmuzd işləyənlərin də sayı araşdırıldı və yardımlar edildi. Hesab edirəm ki, heç bir Azərbaycan vətəndaşı bu günləri unutmamalıdır. Prezidentimizə təşəkkürlərimizi bildiririk ki, belə ağır gündə xalqının yanında oldu. Bunların hamısı keçib gedəcək amma prezidentin qayğısı heç zaman unudulmayacaq”.