Professordan ölkə başçısına: “Xalq-iqtidar birliyi sayəsində bu sınaqdan uğurla çıxacağıq»


 Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, H.ü.e.d., professor Habil Qurbanov ölkə liderinə məktubunda  qeyd edir: 
“Əziz Prezidentimiz, xalqımızın dünyanı bürüyən koronavirus bəlasından xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur. Biz, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınızı dəstəkləyir, ətrafınızda sıx birləşərək bütün işlərinizdə Sizlərin yanında olduğumuzu bildiririk. Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun».