Məşhur aktrisa Maykl Ceksona “yox” deyib


Mərhum pop kralı Maykl Ceksonun yaxın dostu, musiqiçi Kennet Edmonds Maykl Ceksonun şəxsi həyatı ilə bağlı maraqlı açıqlama edib.

Axşam.az xəbər verir ki, musiqiçi Mayklın 1999-cu ildə 2-ci həyat yoldaşı Debbi Rou ilə boşandıqdan sonra aktrisa Holli Berri ilə maraqlanmağa başladığını bildirib:

“Maykl bir gün mənə həyəcanlı şəkildə zəng etmişdi. Holli ilə şəxsən tanış olub-olmadığımı soruşdu. Xahiş etdi ki, ona zəng edim və görüşə çağırım. O vaxtlar Hollinin şəxsi nömrəsi yox idi. Ceksona onun agentləri vasitəsi ilə əlaqə saxlamağı təklif etdim. Pop kralı buna cürət etsə də, nəticəsi olmadı. Təfərrüatlarından tam olaraq xəbərdar deyiləm. Amma fikrimcə aktrisa ona “yox” demişdi”.

Qeyd edək ki, Maykı Debbi Roudan əvvəl Liza Mariya Presli ilə evli olub.