Səməd Seyidov XİN qarşısında məsələ qaldırdı: “Milli Məclisə gəlsinlər”

“Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlamaları Azərbaycana, azərbaycançılığa qarşı yönəlib”. 
"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Səməd Seyidov məlumat verib.
“Biz elə etməliyik ki, bu açıqlama Ermənistanın axırıncı təxribatı olsun”, - deyə S.Seyidov əlavə edib. 
Deputat bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar formatının axarını başqa məcraya yönəldir. 
“Ermənilər öz prezidentlərini deviriblər, parlamentlərini gülləbaran ediblər, insanları türmələrdə çürüdüblər, təki Qarabağ işğal altında qalsın”. 
S.Seyidov bəzi deputatların Xarici işlər naziri Elmar Məmmədyarovu tənqid etməsinə də münasibət bildirib. 
“Deputatların fikirləri və tənqidləri ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri Milli Məclisə gəlsinlər, müvafiq komitələrin iclaslarında iştirak etsinlər”.