Parlamentə Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim edildi

Deputat Fazil Mustafa Milli Məclisə qərar layihəsi təqdim edib. 
"Sherg.az"ın xəbərinə görə, bu barədə parlamentin iclasında F.Mustafa özü məlumat verib.
O deyib ki, qərar layihəsi Azərbaycanın 1920-ci ilin 28 aprelində Qırmızı Ordu tərəfindən işğalı ilə bağlıdır. 
“Qərar layihəsində qeyd etmişəm ki, Azərbaycanın işğalı zamanı Yalamada şəhid olan 300 nəfərin adı əbədiləşdirilsin.
Digər təklifim isə bundan ibarətdir ki, Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaşadığı sonuncu binada ev muzeyi yaradılsın”, - deyə F.Mustafa əlavə edib.