«Azərbaycanın koronavirusla mübarizədə prioritetləri düzgün müəyyən etdi»

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Azərbaycanın koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən etdiyini vurğulayan millət vəkili Bəhruz Məhərrəmov hesab edir ki, dövlətimiz müasir insan indeksi şərtləri çərçivəsində yanaşma nümayiş etdirməklə koronavirusla mübarizəyə 1:0 öndə başlayıb:



“Ölkə başçısının özünün də dediyi kimi, "əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı".

Dövlət sağlamlığın qorunması istiqamətində mərhələlərlə sərtləşən tədbirlər görməklə almaqla kifayətlənmədi.  Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilməkdədir, habelə dövlət tərəfindən 2020-ci il ərzində proqnozdan iki dəfə artıq, 90 min ödənişli ictimai iş yeri yaradılması qərara alınıb. Həmçinin ilkin mərhələdə 200 min sosial müdafiəyə ehtiyacı olan insana dövlətdən 190 manat yardım verilməsi qərara alınsa da, növbəti mərhələdə dövlət başçısının qərarı ilə bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılıb. Artıq gündəlik 20 min civarında insan qeyd edilən yardımı almaqdadır. Məhz bu keyfiyyət amilinə görə sosial və iqtisadi paket ilk dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilsə də, bu gün 3,5 milyard manatı ötəcəyi proqnozlaşdırılır”.