Deputat rayonların idarəçiliyindən narazılıq etdi


“28 apreldə Milli Məclisin növbəti iclasını keçirərək işğalın 100 illiyini müzakirə etməliyik”.

“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı rayonların idarəçiliyindən də narazılığını ifadə edib:

“Rayonların adı, coğrafiyası dəyişmir, amma idarəçilik dəyişir, regional idarələr yaradılır. Bir rayonun qaz idarəsi verilir digər rayona. Təsəvvür edin ki, Neftçaladan bir təhsil işçisi sənəd almaq üçün Salyandan dolanaraq 100 kilometr məsafə qət edib Biləsuvara getməlidir. Hesab edirəm ki, bu məsələlərə diqqət etməli, aydınlıq gətirilməlidir”.

Deputat başqa məsələyə də toxunub: 

“Ermənilər orada öz qondarma soyqrımlarına muzeylər, abidələr düzəldirlər, biz Bakıda Xocalı abidəsindən başqa bir muzey qurmamışıq. Hesab edirəm ki, bu məsələlərə diqqət etməliyik. Biz tez-tez deyirik ki, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Amma bunun üzərindən 30 il keçib və artıq bu say dəyişib. Bütün danışıqlarda 1,5 milyon insanın qaçqın düşdüyü qeyd edilməlidir. Statistika donub qala bilməz”.