“Şəhidlər həftəsi” elan olunsun – Deputatdan təklif

Millət vəkili Azərbaycanda “Şəhidlər həftəsi”nin elan olunmasını təkilf edib.

“Sherg.az” xəbər verir ki, belə bir təkliflə deputat Məlahət İbrahimqızı çıxış edib.

Onun sözlərinə görə, bu gün dünyanın bir sıra ölkələrində ildə şəhidlər həftəsi keçirilir: 

“Təklif edərdim ki, Azərbaycanda ildə  bir dəfə “Şəhidlər həftəsi” elan olunsun. Düzdür, biz ilin bütün günlərində şəhidlərin xatirəsini hər gün yad edirik və onların qarşısında baş əyirik. Amma buna baxmayaraq  digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Şəhidlər həftəsi”elan olunsun”. Deputat Azərbaycanda ildə bir dəfə “Könüllülər həftəsi” elan olunmasını təklif edib.