“Bu soyqırımının qarşısını məhz Heydər Əliyev ala bildi” - Deputat

“1956-ci ildə Qərbi Azərbaycana gedib soyqırımın qarşısını alan Heydər Əliyev idi”.

“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

Millət vəkili vurğulayıb ki, 24 apreldə qondarma erməni “soyqırımı” günü qeyd edilir: 

“Mən tarixə səyahət etmək istəmirəm. Bakıda mart-aprel aylarında ermənilər bizə qarşı soyqırım keçiriblər. Biz soyqırıma qarşı qanunvericilik, abidələrin qoyulması sahəsində iş görməliyik. Bakıda, Qubada, Şamaxıda hətta Urmiyada 10 minlərlə azərbaycanlı türkü soyqrıma məruz qoyulub. Bir nəfər 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib.
Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqırımı tədbirlərini keçirsin. O zamanda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.

T.Kərimli qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib ki, Bakıda qadınlar aksiya keçirərək, gender bərabərliyi tələb ediblər: 

“Onları “qəhraman” kimi təqdim ediblər. Bizim qəhramanlarımız milli azadlıq hərakatında rus tankarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.