Diktor deputatın təklifini dəstəklədi: “Şəhidləri yad etmək vacibdir”

“Şəhidlər həftəsi”nin elan olunması vacibdir. Bu, şəhidlərin ruhları qarşısında borcumuzdur"
 


Millət vəkili  Məlahət İbrahimqızı Azərbaycanda “Şəhidlər həftəsi”nin elan olunmasını təkilf edib.
Onun sözlərinə görə, bu gün dünyanın bir sıra ölkələrində şəhidlər həftəsi keçirilir: 
“Təklif edərdim ki, Azərbaycanda ildə  bir dəfə “Şəhidlər həftəsi” elan olunsun. Düzdür, biz ilin bütün günlərində şəhidlərin xatirəsini  yad edirik və onların qarşısında baş əyirik. Amma istərdim ki digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Şəhidlər həftəsi”elan olunsun”. 

 Təkliflə bağlı "Sherg.az"a danışan "Vətənpərvərliyin təbliğinə dəstək" İctimai Birliyinin sədri, hərbi diktor Şəmistan Əlizamanlı bunu müsbət qiymətləndirib:
"Əlbəttə, şəhidlərimizin xatirəsini yad etmək vacibdir. Bu mənada xanım deputatın təklifi təqdirəlayiqdir. Düşünürəm ki, bu təklif birmənalı qəbul edilməlidir. Çünki, lazımdır, vacibdir. Bu, bizim şəhidlərin ruhları qarşısında borcumuzdur"