Ölkə başçısına: Vətəndaşların sağlamlığı naminə gördüyünüz tədbirlərə görə minnətdaram"

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Balakən rayonunun Qazma kəndindən Xəlifə Mirəliyev Prezidentə yazır:
 “Hörmətli cənab Prezident, dünyamızı bürüyən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Həyata keçirdiyiniz təxirəsalınmaz, qabaqlayıcı tədbirlərin və vaxtında verilmiş qərarların nəticəsidir ki, Azərbaycanın tezliklə bu bəladan xilas olacağına hər kəsdə əminlik yaranıb. Son günlər virusdan sağalan xəstələrin sayının virusa yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir. Cənab Prezident, Sizə Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!”.