Humanist qərar: “Veteranlara Prezidentin gözü ilə baxmağı bacarmalıyıq”

“Dövlət başçısının onlara qarşı diqqət və qayğıkeşliklə yanaşması hamımıza örnəkdir”




Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, onların ailələrinə, arxa cəbhədə fərqlənənlərə, hənçinin, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərancamın həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb. 



Dövlət başçısının sərəncamını “Sherg.az” şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı yerində və ədalətli qərardır. Partiya rəhbərinin sözlərinə görə, onlar da azərbaycanlıdır, bu ölkənin vətəndaşlarıdır:
“Nə olsun ki, bir zamanlar uğrunda döyüşdükləri və “Vətən” dedikləri ölkə indi qalmayıb. Amma onlar özləri ki, sağdır. Müstəqil Azərbaycan dövlətinin qocaman vətəndaşları kimi onların da sosial qayğıya, dövlətin dəstəyinə ehtiyacları var. Prezidentin imzaladığı sərəncam Azərbaycan dövlətinin öz vətəndaşlarına heç bir fərq qoymadan qucaq açmasının, sahib çıxmasının təzahürüdür. Dövlət başçısının bu addımını təqdir etmək lazımdır. Bu çox humanist qərardır. İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş şəxslərə heç kimin təftişçi gözlə baxmağa, “onlar bizim uğrumuzda döyüşməyiblər” deməyə mənəvi ixtiyarı yoxdur. Biz bu kateqoriyadan olan əmək və müharibə veteranlarına Prezidentin gözü ilə baxmağı bacarmalıyıq. Dövlət başçısının onlara qarşı diqqət və qayğıkeşliklə yanaşması hamımıza örnəkdir. Mən ölkə rəhbərinin bu addımını dəstəkləyirəm”.