Risk hələ də qalır: “İnfeksiya ilə mübarizə başa çatmayıb"

“Sosial izolyasiya qaydalarını yaddan çıxarmayın, təhlükəni unutmaq olmaz”


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən karantin qaydalarında müəyyən yumşalmaya başlanıb. Müxtəlif ictimai iaşə obyektləri öz fəaliyyətini bərpa edib. Amma, deyəsən, bəziləri bunu səhv başa düşüblər.



 Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında deyib ki, risk hələ də var:

"Karantin qaydalarının yumşaldılması aktiv həyat tərzinə başlamaq üçün addımdır. Amma bu, o demək deyil ki, biz sosial izolyasiya qaydalarını yaddan çıxarmalıyıq. Almaniyada da karantin qaydalarında yumşalma elan edilib. Buna rəğmən, küçədə tibbi maska ilə gəzmək əsas şərtdir. Yəni təhlükəni unutmaq olmaz. İnfeksiya ilə mübarizə hələ başa çatmayıb".