“Bu şəbəkənin məqsədi dövlətçiliyimizi zəiflətməkdir” 

“Ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı planlı şəkildə ideoloji müharibə aparırlar”

 “Müxalif mövqe” arxasında gizlənib, guya demokratik cəmiyyət qurmaq uğrunda mübarizə görüntüsü yaradırlar”


“İran, Rusiya və başqa xarici ölkələrin xüsusi xidmət orqanları şəbəkəsinə aid olan məzhəbçi və etnik separatçı qüvvələr Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı planlı şəkildə ideoloji müharibə aparırlar”. 



Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya funksioneri bildirib ki, bu qüvvələr yaxın və uzaq xaricdən sosial şəbəkələr vasitəsilə yerlərdə olan tərəfdarlarını yönləndirməyə çalışırlar: 

“Şəbəkənin əsas ideoloji xətti “müxalif mövqe” arxasında gizlənərək hakimiyyəti tənqid, təhqir və hətta təhdid etməklə guya demokratik cəmiyyət qurmaq uğrunda mübarizə görüntüsü yaradırlar. Lakin onların əsas məqsədi Azərbaycan dövlətlətçiliyini zəiflətməkdir. Buna qətiyyən yol vermək olmaz”.