Gözdən əlil ölkə başçısına yazır: “Bizləri işıqlı sabaha apardığınızı görürəm”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Sabirabad rayonu, Qalağayın kəndindən Fazilə Qurbanova ölkə rəhbərinə məktubunda diqqətə çatdırır: 

“Hörmətli cənab Prezident, mən gözdən əliləm.Amma Sizin xalqımız üçün etdiklərinizi, bizləri işıqlı sabaha apardığınızı görürəm.Bizi qorxulu bəladan qoruduğunuza görə Sizə təşəkkür etmək istəyirəm.
Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə nəinki pandemiyaya qalib gələcəyik, hətta işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyik. Siz varsınızsa, bütün problemlər öz həllini tapacaq.
Mənim övladım Türkiyədə təhsil alır. Türkiyədə olan bütün tələbələr bu çətin vaxtlarda özlərini tək hiss etmədilər. Siz onlara arxa oldunuz.
Çox sağ olun, var olun, cənab Prezident! Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizə xüsusi təşəkkür etmək istəyirəm.Sizinlə fəxr edirəm”.