"Bir oğlanı sevdim, o da intihar etdi" - Könül Kərimova



Əməkdar artist Könül Kərimova sevgisindən danışıb.

Lent.az -ın məlumatına görə, müğənni "Şou ATV" verilişində bildirib ki, məktəb vaxtı sevdiyi oğlan intihar edib:

"Sevərək yaşamağı seçərdim. Eqoist insanlar sevilərək yaşamağı arzulayır. Sevgisiz həyat maraqsız olur. Sevirsənsə, həyatda hər şeyə nail olacaqsan. Sevgi insana güc verir. Hər cür sevgi var, birmənalı deyil. O vaxtlar hər şey gözəl idi. İndi elə bilirlər ki, sevgi əl-ələ tutub, bulvara getməkdir.

İlk dəfə 8-ci sinifdə oxuyanda sevgi hissini yaşadım. Bütün günü oturub gözləyirdim ki, o, dərsə gəlsin. Platonik sevgi idi, heç kimin yanında deməmişəm. Düşünürdüm ki, kimsə eşitsə, qəbahət olar. Həmin oğlan sonra intihar etdi. Bacısına məktub yazıb qoymuşdu ki, xoşbəxt olmadım".