“Yas mərasimi keçirməyin dinimizlə heç bir əlaqəsi yoxdur” 

“İslama görə dünyasını dəyişmiş şəxsi sadəcə su ilə qüsl etmək (yumaq - red) və dəfn etmək vacibdir”

“Mərasimlərdə icra olunan digər əməllər müəyyən insanlar tərəfindən qazanc məqsədi üçün yaradılıb”




“İllərdir israrla deyirik ki, müəyyən dini rutualların İslam dini ilə yaxından-uzaqdan əlaqəsi yoxdur”. 

Bunu “Sherg.az”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. 

İlahiyyatçı bildirib ki, ölkəmizdə dini idarə edən orqanlar məlum, ya naməlum səbəblərdən bununla bağlı yetərincə təbliğat aparmırlar: 



“Yas mərasimi keçirməyin dinimizlə heç bir əlaqəsi yoxdur. İslama görə dünyasını dəyişmiş şəxsi sadəcə su ilə qüsl etmək (yumaq - red) və dəfn etmək vacibdir. Mərasimlərdə icra olunan digər əməllər müəyyən insanlar tərəfindən qazanc məqsədi üçün yaradılıb. Rəhmətə getmiş şəxsin yaxınlarına, doğmalarına baş sağlığı vermək kifayətdir. “Quran-i Kərim” dirilər üçündür. Dinlə bağlı bütün adət-ənənələri düzəltmək mümkündür. Sadəcə bu işlərin düzəlməsi üçün dini idarə edən orqanlar da ciddi fəaliyyət göstərməlidir”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yas mərasimləri əvvəlki kimi təmtəraqlı, kütləvi keçirilmir. Yası düşənlər sadəcə ailə fərdlərinin və yaxın qohumların iştirakı ilə dünyasını dəyişmiş şəxsi dəfn edirlər. Yemək-içməkli yas məclisləri qurulmur. İctimaiyyət nümayəndələrinin fikrincə, bu ənənəni pandemiyadan sonra da davam etdirmək lazımdır.