Məmurlara siqnal:“Ya layiqincə işlə, ya da məhbəsdə çürü ! ” - Meydan daralır

“DTX tərəfindən həyata keçirilən həbslər Azərbaycanda rüşvətxor, korrupsioner məmurların meydanının daraldığını göstərir”.

Bunu “Sherg.az”a Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 

Mərkəz sədri bildirib ki, bu həbslər dövlət əmlakını atasının malı kimi talayan, gözünü sadə, zəhmətkeş insanların əməyinə dikən adamlar üçün ciddi siqnaldır: 



Seymur Verdizadə:“İnanmaq istəyirəm ki, məmurlarımız “gözü çıxmış qardaşlarından” ibrət götürəcəklər”

“Vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının bu fəaliyyətindən nəticə çıxarmalıdır. Hazırda məmurların qarşısında iki yol var. Ya verilən vəzifəni layiqincə icra edib, vətəndaşlar üçün çalışmalıdırlar, ya da məhbəsdə çürüməlidirlər. Hər kəs özü seçim etməlidir. Cəmiyyətin düşünən hissəsi, ziyalılar, mətbuat, ictimai təşkilatlar öz seçimimizi etmişik. Yarıtmaz və yaramaz məmurlarla mübarizədə dövlətin yanındayıq. Hesab edirəm ki, son günlər reallaşan həbslər rüşvətxor məmurlar üçün dərs olacaq. Çünki ortada “gözü çıxmış” xeyli adam var. İnanmaq istəyirəm ki, məmurlarımız “gözü çıxmış qardaşlarından” ibrət götürəcəklər”.