Həkimdən SOS: “Pandemiyanın ikinci dalğası gələ bilər” - İnfeksiya ölməyib !

“Yeni tipli koronavirus tədricən araşdırılsa da, onun fəsadlarının daha uzun müddət davam edəcəyi məlumdur”


Müşahidələr göstərir ki, iki gündür şəhərdə insanlar çoxalıb. Bu, şübhəsiz, karantin qaydalarının yumşaldılması ilə əlaqədardır. Amma karantin qaydaları yumşaldılsa da, təhlükə olduğu kimi qalıb. Dünya təcrübəsi vaxtından əvvəl sevinənlərin hansı "sürpriz"lərlə üzləşdiyini göstərir.

 Həkim- allerqoloq Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, koronavirus pandemiyası uzun müddətli xəstəlikdir və onun belə tez bitməyini gözləmək düzgün deyil:


 
"Kim deyir ki, infeksiya ölüb? Yeni tipli koronavirus tədricən araşdırılsa da, onun fəsadlarının cəmi bir neçə ay çəkməyəcəyi, daha uzun müddət davam edəcəyi məlumdur. İkinci bir tərəfdən bu infeksiya hava- damcı yolu ilə yayılır. Əgər insanlar sosial məsafəni qorumasalar, tibbi maska taxmasalər, əllərini spirtlə dezinfeksiya etməsələr, ikinci dalğa gələ bilər. Bu, qorxuludur.  Daha çox ölümün olmaması üçün məsuliyyət vacibdir. Kiminsə başqasının həyatını təhlükəyə atmaq hüququ yoxdur".