Millət vəkili: “Yumşalma var, ancaq yoluxma təhlükəsi hələ qalır” 

“Ona görə də insanlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə ciddi surətdə riayət etməlidirlər”




“Koronavirus pandemiyasının yaratdığı karantin rejiminin nisbətən yumşaldılması bu xəstəliyin yoluxma təhlükəsinin hələ aradan qalxması demək deyil”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. 
Deputat vurğulayıb ki, doğrudur, yumşalma var, ancaq yoluxma təhlükəsi hələ qalır: 

“Ona görə də insanlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə ciddi surətdə riayət etməlidirlər. Əks halda bu virusa yoluxma arta bilər. Yoluxanların sayının artması isə vəziyyəti ağırlaşdıra bilər və sərtləşdirməyə səbəb olar. Hesab edirəm ki, yumşalma hissə-hissə, mərhələ-mərhələ olmalıdır. Əgər virusa yoluxanların sayı azalarsa, o zaman yumşalma prosesini genişləndirmək olar. Əksinə, əgər yoluxma hallarının sayı artarsa, o zaman bu rejimi sərtləşdirmək olar”.