Həkim: “Karantin qaydalarının sərtləşməsinin tərəfdarıyam”

“Ölən və yoluxanların sayına görə niyə Avropa ilə yarışmalıyıq ki?!"



"Azərbaycanda vəziyyət Avropa ölkələrindəkindən qat- qat yaxşıdır. Hökumət bunu nəzərə alaraq müəyyən addımlar atdı. Ancaq güzəştlərdən sui- istifadə etmək olmaz"

Bu sözləri “Sherg.az”a həkim Şəmsiyyə Namazlı karantin qaydalarının yumşaldılması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qaydaların yenidən sərtləşdirilməsi istisna deyil: 

"Yumşalma onun üçün deyil ki, əhali məsuliyyətsiz olsun. Məqsəd insanlarda ruh yüksəkliyi yaratmaq, onların psixoloji durumuna müsbət təsir göstərməkdir. Əgər sakinlər bunu səhv anlayıblarsa, müvafiq qurumlar başqa addımlar atacaq, qaydaları sərtləşdirəcək. Şəxsən mən bir həkim kimi məsələnin ciddiliyini başa düşürəm. Ona görə də vətəndaş laqeydliyi davam edərsə, karantin qaydalarının sərtləşməsinin tərəfdarıyam. Ölən və yoluxanların sayına görə niyə Avropa ilə yarışmalıyıq ki?!"