Prezidentə məktub:“Xalq üçün etdikləriniz gələcəkdə cild-cild kitablarda əks olunacaq”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Şəmkir şəhərindən olan Natiq Əliyev ölkə başçısına məktubunda vurğulayır: “Hörmətli cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərimi çatdırıram. Sizlərə Allah tərəfindən ən ali, ən yüksək xüsusiyyətlər, insanlığın ən yüksək zirvəsi bəxş edilib. Siz isə bu zirvədən xalqa xidmət edir, onun qayğısına qalırsınız. Əslində, Sizin xalq üçün etdikləriniz gələcəkdə cild-cild kitablarda əks olunacaq. Böyük Yaradandan Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram”.