Parlament yeni baş prokurorun təyinatına “HƏ” dedi


Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. 
"Sherg.az" xəbər verir ki, məsələ səsə qoyulub. 
Deputatlar səsvermədə Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər. 

Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir.