Fazil Mustafa: "Hesablama Palatasının hesabatında bəzi çatışmazlıqlar var"

“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisdə “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, hesabat ilində sadəcə 5 auditin nəticəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi kifayət qədər azdır: 

“Bu say çox olmalı idi. Ayrılan vəsaitin niyə səmərəli xərclənməməsi ilə bağlı qurumlar üzərində məsuliyyət artırılmalıdır”.