“Koronaya yoluxmuş 92 yaşlı qadın sağalaraq evə buraxılıb” – Azərbaycanda 

“Azərbaycanda COVİD-19-a yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə Müasir İnkişaf İctimai Birliyinin sədri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü Feysbukda yazıb.
M.Göyüşlü bildirib ki, çox təlaşlanmağa dəyməz: 

“Bu, 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızıdır. Aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu məlum olub. Nəticədə o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb”.