"Rəsulzadə parkı Ankarada yox, Turqutludadır" -  Tarixçi müzakirələrə son qoydu


Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin adı ilə bağlı müzakirələr davam edir. Bəziləri Türkiyədə dahi şəxsiyyətin xatirəsinə salınan parkın Ankarada, bəziləri isə Malatyada olduğunu iddia edirlər.

"Sherg.az" saytı olaraq müzakirələrə son qoymaq və konkret məlumat əldə etmək üçün tarixçi, araşdırmaçı Dilqəm Əhmədlə əlaqə saxladıq. O, parkın Turqutluda olduğunu deyib:

"Əmin ola bilərsiniz ki, park Ankarada deyil. Bu, Turqutlu bələdiyyəsinin təşəbbüsüdür. Turqutlu Malatyanın tərkibində bir ərazi də ola bilər, ayrıca şəhər də".

D. Əhməd hesab edir ki, gələcəkdə də bu cür xoşməramlı addımlar atıla bilər:

"Fərqi nədir, park hardadır? Əsas odur ki, türklər qardaşlığımızı unutmur. Əgər Azərbaycan Kültür dərnəyi, o cümlədən Türkiyədə yaşayan azərbaycanlılar fəal olsalar, müxtəlif təkliflərlə çıxış etsələr, gələcəkdə belə xəbərlərə daha çox sevinə bilərik".