“Karantin rejiminə əməl etmək vətəndaşların borcudur”

“Ən azından hər bir kəs özünün və yaxınlarının sağlamlığını qorumaq üçün məsuliyyətni dərk etməlidir”


“Koronavirus pandemiyası bəşər tarixində nadir hallardan sayılır”.

Bunu “Sherg.az”a ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib.

İlahiyyatçı bəyan edib ki, mövcud vəziyyətdə əhalinin narahatlığı nisbətən başadüşüləndir: 

“İndiki şəraitdə bəzi maddi problemlər, yaşayış tərzinin çətinləşməsi insanlarda narahatlığa səbəb olur. Ona görə də əksər insan karantin rejiminin şərtlərini pozurlar. Lakin pandemiya dövründə ümumi riski nəzərə alaraq hamı qayda-qanunlara, gigiyenik vasitələrlə qorunmaya və məsafə saxlanılmasına riayət etməlidir. Karantin rejiminə əməl etmək vətəndaşların borcudur. Ən azından hər bir kəs özünün və yaxınlarının sağlamlığını qorumaq üçün məsuliyyətni dərk etməlidir. Ümid edirik ki, xalqımız bu imtahandan da üzü ağ çıxacaq”.