Dövlət rəhbərinə təşəkkür: “Ulu Tanrı Sizi və Sizin rəhbərliyinizlə xalqımızı qorusun!”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Laçın rayonundan olan məcburi köçkün Əli Abbasovun dövlət başçısına məktubunda deyilir: 

“Cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasına qarşı həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, planetimizin inkişaf etmiş, aparıcı dövlətləri ilə müqayisədə Azərbaycanı bu bəladan minimum itki ilə xilas etdiyinizə, bu ağır günlərdə gecə-gündüz yorulmadan çalışdığınıza, hər bir vətəndaşa maddi və mənəvi dəstək göstərdiyinizə, əsl valideyn qayğısına görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özümün və ailəmin adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizi və Sizin rəhbərliyinizlə xalqımızı qorusun!”.