Bakı sakini dövlət rəhbərinə yazır: “Bu çətin günlərdə Sizin xalqımıza dəstək olmağınız bizi çox sevindirir”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Bakı şəhəri, Səbail rayonundan Rahib Xəlilov ölkə rəhbərinə məktubunda bildirir:

“Hörmətli cənab Prezident, Koronavirusun dünyada yayıldığı ilk gündən Sizin ölkəmizdə pandemiyanın qarşısının alınması məqsədilə verdiyiniz qəti göstərişlər layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bu çətin günlərdə Sizin xalqımıza dəstək olmağınız və bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün qabaqlayıcı tədbirlər həyata keçirməyiniz bizi çox sevindirir.
Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin uzaqgörən və müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə çıxacağıq. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”