Məcburi köçkündən dövlət rəhbərinə təşəkkür: “Dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Ağdam rayonundan məcburi köçkün Təvəkkül Xuduyev dövlət rəhbərinə məktubunda qeyd edir:

 “Hörmətli cənab Prezident, mən ölkəmizin dilbər guşələrindən olan Ağdam rayonunda anadan olmuşam. Mənfur ermənilərə görə elimdən, yurdumdan köçkün düşmüşəm. Hazırda dövlət tərəfindən Mingəçevir şəhərində salınmış Yeni Həyat qəsəbəsində yaşayıram. İşsiz kimi qeydiyyatda idim. Xüsusi karantin rejimi ilə əlaqədar heç bir işlə məşğul olmasam da, dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi. Buna, həmçinin koronavirusla mübarizədə həyata keçirilən digər tədbirlərə görə qəsəbəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.