Özcan Dəniz yenidən evlənir


Ötən ilin iyununda 15 aylıq ailə həyatını dağıdaraq arvadındanilk məhkəmədə boşanan müğənni-aktyor Özcan Dəniz yenidən nikah masasına oturacaq.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin keçmiş arvadı Feyza Aktanla yenidən evlənəcəyi iddia olunub.

"Kanal D"də yayımlanan "2. Sayfa" proqramının xəbərinə görə cütlük karantin günlərini birlikdə keçirib. Dəniz ilə Feyza münasibətlərinə ikinci şansı vermək qərarına gəliblər. Hətta Dəniz oğlu Kuzeyin 30 apreldə olan ad günündə keçmiş arvadına yenidən evlənmək təklifi edib.

Qeyd edək ki, Aktan ərindən boşanan zaman 15 milyon lirə təzminat istəmişdi. Dəniz bununla razılaşmamışdı.