Ali Baş Komandana məktub: “Xalqa bağlılığınız və vətənpərvərliyiniz gənclər üçün örnəkdir”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Xocavənd rayonundan Zahid Xəlilzadə Prezidentə məktubunda qeyd edir: 

 “Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız, Sizi səmimi qəlbdən salamlayıram. COVID-19 virusu ilə mübarizədə ölkəmiz, Vətənimiz üçün gördüyünüz işlərə görə Sizə minnətdaram. Biz gənclərin sağlamlığını və təhlükəsizliyini nəzərə alaraq atdığınız addımlar bütün azərbaycanlılar kimi məni də çox qürurlandırdı. Sizin xalqa bağlılığınız və vətənpərvərliyiniz biz gənclər üçün örnəkdir. Çox sağ olun ki, bizlərə qayğınızı əsirgəmirsiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün gənclərin şüarına çevrilib. Həqiqətən də biz birlikdə güclüyük”.