“Azərbaycan qlobal məsuliyyətini dərk edən etibarlı dövlətdir” - Deputat

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən bugünkü Zirvə görüşündə Azərbaycanın Dünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırdığı açıqlandı”. 

“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev feysbuk profilində yazıb.

Deputat vurğulayıb ki, bu vəsait bizimlə razılaşdırılmaqla panemiyadan əziyyət çəkən və ən çox yardıma ehtiyacı duyan Afrika, Asiya, Latın Amerikası regional qruplarındakı üzv ölkələrə çatacaq: 

“Yəni hansı ölkələrə yardım verilməli olduğunu Azərbaycan müəyyənləşdirəcək. Koronavirusla mübarizə çərçivəsində Dünya Səhiyyə Təşkilatına ayırdığımız 10 milyon dollar cənab Prezidentin də vurğuladığı kimi Azərbaycanın qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən etibarlı dövlət olduğunu göstərir. Bununla yanaşı, bu addım yumşaq güc potensialımızın artmasına da heç şübhəsiz ki, təsirsiz ötüşməyəcək. Bu qəbildən olan addımlar beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarına cavab verən qərarların qəbulunda öz müsbət rolunu oynayır və oynayacaq”.